ABŞ husilərlə əməkdaşlıq edən şirkətlərə sanksiya tətbiq edib

ABŞ husilərlə əməkdaşlıq edən şirkətlərə sanksiya tətbiq edib

08:53
Bəyəndim (2) Bəyənmədim (0)

ABŞ Maliyyə Nazirliyi Husilərin nəzarətində olan Yəmənə çirkli pulların yuyulmasından və neft məhsulları idxalından qazanc əldə edən iki fiziki və beş hüquqi şəxsə qarşı sanksiyalar elan edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

ABŞ Maliyyə Nazirliyinin qeyd etdiyi kimi, husilər hər il nəzarət etdikləri Yəmən ərazisinə neft məhsullarının idxalından vergi tutaraq yüz milyonlarla dollar əldə edirlər.

ABŞ-ın sanksiyaları Yəmən və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) qeydiyyatdan keçmiş beş şirkəti hədəf alır və “husilərə fayda verən ən böyük neft məhsulları idxalçıları və çirkli pulları yuyanlardan bəziləridir”.

ABŞ Maliyyə Nazirinin müavini Maykl Folkender deyib: "Bu kölgəli müəssisə şəbəkələri husi terror maşınının əsasını təşkil edir və Xəzinədarlıq Departamenti onları pozmaq üçün əlindən gələn hər vasitədən istifadə edir".

Xatırladaq ki, ötən ilin yanvarında ABŞ Yəmən husilərinin əsas fiqurlarına Qırmızı dənizdə ticarət gəmiçiliyinə qarşı terror hücumlarını dəstəklədiklərinə görə sanksiyalar tətbiq etmişdi.

Əziz Mustafa