
Yaponiyanın baş naziri Şigeru İşiba istefa vermək qərarına gəlib
Yaponiyanın baş naziri Şiqeru İşiba öz yaxın ətrafına avqustun sonuna kimi istefasını elan etmək niyyətində olduğunu bildirib, Mainichi qəzeti yazır. Bundan əvvəl o, üç keçmiş hökumət başçısı: Yoşihide Suqa, Fumio Kişida və Taro Aso ilə görüş keçirməyi planlaşdırır.
İstefa baş verərsə, parlamentin növbədənkənar iclasında yeni baş nazir seçkiləri keçiriləcək. Eyni zamanda, hakim Liberal Demokrat Partiyası (LDP) azlıqdadır. Qəzet qeyd edir ki, onun sədri Şiqeru İşiba seçkilərdə məğlub ola bilər.
İyulun 20-də keçirilən seçkilərdə LDP və Komeito Partiyasından ibarət hakim blok parlamentin yuxarı palatasında çoxluğunu itirib. Bu, cənab İşiba üçün ardıcıl ikinci böyük seçki məğlubiyyətidir. 2024-cü ilin payızında hakim koalisiya parlamentin əsas aşağı palatasındakı çoxluğunu artıq itirdi. Bundan sonra LDP-də çoxları, nəşrin yazdığı kimi, baş naziri istefaya çağırmağa başladı.
Əziz Mustafa