Məşhur Hollivud aktyoru Brüs Uilsin vəziyyəti pisləşib

Məşhur Hollivud aktyoru Brüs Uilsin vəziyyəti pisləşib

08:27
Bəyəndim (2) Bəyənmədim (0)

Demansın inkişafı fonunda Hollivud aktyoru Brüs Uilsin vəziyyəti pisləşib. Bu barədə “Tribuna” xəbər verir.

Sənətçiyə yaxın mənbələr Uillisin sürətlə gücünü itirdiyini, onun bəzi hərəkət pozğunluqlarının olduğu iddia edilir. Ailə bu xəbərlərə münasibət bildirməyib.

2023-cü ilin fevral ayında Brüs Uillisin ailəsi aktyorda frontotemporal demensiya inkişaf etdirdiyini açıqladı. Bu xəstəlik idrak qabiliyyətinin tədricən itirilməsinə gətirib çıxarır. 2025-ci ilin yazında Brüs Uillisin həyat yoldaşı aktyorun çəkiliş meydançasında xəstəliyinin əlamətlərini gizlətdiyini deyib.

İyun ayında Uillisin qızı atasının yeni fotolarını nümayiş etdirib.

Əziz Mustafa