
“Baza”nın baş redaktoru Trifonovu 12 ilə qədər həbs gözləyir
Baza portalının baş redaktoru Qleb Trifonov və eyniadlı Telegram kanalının prodüseri Tatyana Lukyanova rüşvət işi üzrə 12 ilə qədər həbs cəzası gözləyir. Bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunur ki, jurnalistlərə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 291-ci maddəsinin 4-cü hissəsi (“Bir qrup şəxs tərəfindən rüşvət vermə”) ilə ittiham irəli sürülüb. Maddə 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəzanın mümkünlüyünü nəzərdə tutur. Baza işçiləri təqsirlərini etiraf etmirlər.
İyulun 22-də səhər saatlarında təhlükəsizlik qüvvələri nəşrin ofisinə və Trifonovun evinə gəlib. Baş redaktor vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı açılmış cinayət işi çərçivəsində dindirilmək üçün aparılıb. RT-nin xəbərinə görə, Trifonov polis hesabatlarına çıxışla bağlı sorğu-sual edilib.
Prezident yanında İnsan Hüquqları Şurasının üzvü Eva Merkaçeva “Baza” nəşrinə qarşı zorakı hərəkətləri müstəqil jurnalistika üçün təhlükə adlandırıb.
Əziz Mustafa