
Türkiyə özünün ilk hipersəs raketi Tayfun Blok-4-ü təqdim edib
Türkiyə İstanbulda keçirilən IDEF 2025 beynəlxalq silah sərgisində özünün ilk hipersəs raketi Tayfun Blok-4-ü nümayiş etdirib. Oxuməni.az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.
Tayfun Blok-4 Türkiyənin milli istehsalı olan ən uzun mənzilli ballistik raket olan Tayfun raketinin hipersəs versiyasıdır. Beş Max vahidindən çox sürət inkişaf etdirir və hədəfləri yüksək dəqiqliklə vurur - sapma 5 m-dən çox deyil. Tayfun Blok-4-ün uzunluğu təqribən 10 m, diametri isə 938 mm-dir.
Müdafiə sənayesi şirkəti “Roketsan” qeyd edib ki, Tayfunun yeni versiyası bir neçə kilometr məsafədə hava hücumundan müdafiə sistemlərini, komanda məntəqələrini, hərbi anqarları və mühüm hərbi obyektləri məhv edə biləcək.
Sərgidə “Atmaca” raketi, “Gökbora” hava-hava raketi və “300 Er” havadan buraxılan ballistik raket də daxil olmaqla bir neçə yeni sistem də nümayiş etdirilib.
Almaz Həsənli