"Qarabağ" səfərdə "Şelburn"a qarşı

"Qarabağ" səfərdə "Şelburn"a qarşı

13:04
Bəyəndim (3) Bəyənmədim (0)


Bu gün Azərbaycanın “Qarabağ” klubu futbol üzrə Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununa çıxacaq.
Oxuməni.az -ın məlumatına görə, Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda İrlandiyanın “Şelburn” və Azərbaycanın “Qarabağ” klubları qarşılaşacaq. Qarşılaşma İrlandiyanın paytaxtı Dublin şəhərindəki "Tolka Park" stadionunda baş tutacaq. Baş hakim Ante Çulinadır (Xorvatiya).
Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Komandalar arasında cavab oyunu iyulun 30-da Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Almaz Həsənli