Bakı yenidən İsrail - Suriya danışıqlarına ev sahibliyi edəcək

Bakı yenidən İsrail - Suriya danışıqlarına ev sahibliyi edəcək

13:24
Bəyəndim (4) Bəyənmədim (0)


İsrail və Suriya yaxın vaxtlarda Əs-Suveyda böhranının həllini müzakirə etmək niyyətindədir. “Al-Hadath” telekanalı xəbər verir ki, Bakı tərəflər arasında danışıqlar platformasına çevriləcək.
Dəməşq və Təl-Əviv arasında danışıqların təşkilinin arxasında da Türkiyə və ABŞ-ın dayandığı bildirilir.
“Al-Hadath” mənbələri bildirir ki, Təl-Əviv hələ də danışıqlarda Suriyaya qarşı sərt tədbirlər görmək niyyətindədir. İsrail Ərəb Respublikasının cənubunda hərbisizləşdirilmiş zonanın təşkilində də israrlıdır.
Xatırladaq ki, iyulun 19-da İsrail və Suriya arasında atəşkəs razılaşması qüvvəyə minib.
Almaz Həsənli