Səudiyyə Ərəbistanı Suriyaya 6,4 milyard dollar sərmayə qoyacaq

Səudiyyə Ərəbistanı Suriyaya 6,4 milyard dollar sərmayə qoyacaq

25 İyul 14:33
Bəyəndim (1) Bəyənmədim (0)

Səudiyyə Ərəbistanı cümə axşamı Suriyaya 6,4 milyard dollar sərmayə qoyacağını açıqlayıb. Bu barədə “Reuters” xəbər verir. Agentliyin yazdığı kimi, investisiyalar krallığın 14 illik vətəndaş müharibəsindən sonra Suriyanı bərpa etmək səyləri çərçivəsində müvəqqəti prezident Əhməd əl-Şaraa hökuməti ilə dərinləşən əlaqələrini əks etdirir.

Səudiyyə Ərəbistanının İnvestisiya naziri Xalid əl-Falihin Dəməşqdə keçirilən forumda açıqladığı sövdələşmələr, bu ay "cənub-qərbdə məzhəb zorakılığı ilə sarsılan" Suriyaya nəzarəti ələ keçirmək uğrunda apardığı mübarizədə Şaraa əhəmiyyətli maliyyə dəstəyini ifadə edir.

Əl-Falihin sözlərinə görə, investisiya müqavilələrinə daşınmaz əmlak və infrastruktur layihələrinə 2,93 milyard dollar, telekommunikasiya və informasiya texnologiyaları sektoruna isə təxminən 1,07 milyard dollar daxildir.

Planlarda iştirak edən şirkətlərə aşağıdakılar daxildir:

Telekommunikasiya şirkətləri Saudi Telecom Company və GO Telecom;
rəqəmsal təhlükəsizlik şirkəti Elm;
kibertəhlükəsizlik firması Cipher; və təhsil texnologiyaları şirkəti Classera.
Əl-Falih bildirib ki, 100-dən çox şirkətin iştirak edəcəyi konfrans zamanı 47 müqavilə imzalanacaq.

Həmçinin iyun ayına planlaşdırılan, lakin İran-İsrail münaqişəsinə görə təxirə salınan tədbirdə əl-Falih Səudiyyə-Suriya Biznes Şurasının yaradıldığını açıqlayıb. Bundan əlavə, o, Suriyaya səfərinin Səudiyyə Ərəbistanının vəliəhdi və faktiki hökmdarı Məhəmməd bin Salmanın göstərişi ilə edildiyini bildirib.

Reuters yazır ki, əl-Falih bu səfəri "krallığın qardaş Suriyaya qarşı möhkəm və dəstəkləyici mövqeyinin təsdiqi" adlandırıb.

Xatırladaq ki, iyunun 30-da ABŞ prezidenti Donald Tramp Suriyaya qarşı 2004-cü ildən qüvvədə olan sanksiyaları ləğv edən sərəncam imzalayıb.

Əziz Mustafa