Polşada keçiriləcək təlimlərdə 34 minə yaxın NATO hərbçisi iştirak edəcək

Polşada keçiriləcək təlimlərdə 34 minə yaxın NATO hərbçisi iştirak edəcək

24 İyul 15:12
Bəyəndim (2) Bəyənmədim (0)

Sentyabrda Polşada keçirilməsi planlaşdırılan təlimlərdə təxminən 34 min NATO hərbçisi iştirak edəcək, Polşa Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti çərşənbə günü bildirib.

""Dəmir Müdafiəçi" kod adlı təlimlər kompleksi Polşa Silahlı Qüvvələrinin 2025-ci ildə planlaşdırılan ən böyük və mühüm təlim təşəbbüslərindən biridir. Onlarda 34 minə yaxın NATO hərbçisi iştirak edəcək. Təlimlər müxtəlif istiqamətlərdə: quruda, dənizdə, havada və kiberməkanda keçiriləcək", - məlumatda deyilir.

Orada qeyd edilir ki, Polşa Silahlı Qüvvələrinin bütün qollarının hərbçiləri ilə birlikdə müttəfiqlər “hücumun effektiv qarşısını almaq və Polşa ərazisini müdafiə etmək bacarığını tətbiq edəcəklər”.

"Təlimdə əsas məqsəd Polşa Silahlı Qüvvələrinin qarşılıqlı fəaliyyət qabiliyyətini sınaqdan keçirməkdir. Bundan əlavə, təlim zamanı regional planlar çərçivəsində operativ və taktiki qərarların təkmilləşdirilməsinə, milli çəkindirmə və müdafiə proqramı (Şərq Qalxanı) ilə taktiki inteqrasiyaya xüsusi diqqət yetiriləcək", - idarədən bildirilib.

Əziz Mustafa