
Rusiya qaçırılan ukraynalı uşaqları cəbhəyə göndərir
Rusiya qüvvələri ukraynalı uşaqları 18 yaşına çatdıqdan sonra düşmən ordusunda xidmət etmək və öz ölkəsinə qarşı döyüşmək üçün qaçırıb.
Bu barədə RBC-Ukrayna The Times-a istinadən xəbər verir.
Adı açıqlanmayan Ukrayna rəsmilərinin fikrincə, ukraynalıları müharibəyə məcbur etmək Kreml üçün iki məqsədə xidmət edir: Rusiya ordusunda canlı qüvvə çatışmazlığını həll etmək və ukraynalılara qarşı yeni psixoloji müharibənin sərt forması. Sonuncunun Rusiya diktatoru Vladimir Putinin sifarişi olduğu iddia edilir.
Nəşrin qeyd etdiyi kimi, müxtəlif hesablamalara görə, Ukraynanın müvəqqəti işğal olunmuş rayonlarından 35 minə yaxın uşaq qanunsuz olaraq aparılıb. Neçə nəfərin Rusiya ordusuna çağırıldığı dəqiq bilinmir, lakin bu, minlərlə ukraynalı ola bilər.
"Putinin məqsədi Ukraynanı gələcək nəsildən başlayaraq bir millət kimi məhv etməkdir", - Ukrayna Prezidentinin Aparatının rəhbəri Andriy Yermak "General və Jurnalist" podkastında deyib.
O, təsdiq edib ki, Ukrayna hökumətində sənədli sübutlar, o cümlədən siyahılar, həmçinin döyüş meydanında həlak olan azyaşlılar haqqında məlumatlar var.
Əziz Mustafa