MİLLİ MƏTBUAT – 150 İLLİK YUBİLEYİN MÜBARƏK!

MİLLİ MƏTBUAT – 150 İLLİK YUBİLEYİN MÜBARƏK!

24 İyul 08:09
Bəyəndim (2) Bəyənmədim (0)

“Oxu Məni”.az saytının əməkdaşı diplomla təltif olundu.

150 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas alim və maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə milli mətbuatımızın ilk təməlini yaratdı. Bundan sonra onun maarifçi ideyalarını ənənəvi davam etdirən çoxsaylı qəzet və jurnallar yaranaraq bu günümüzə qədər gəlib çatmışdır. Artıq bu əlamətdar tarix ölkə miqyasında həm dövlət, həm də özəl təşkilatlar tərəfindən müxtəlif tədbirlərlə qeyd edilir.

Hər il olduğu kimi bu il də “Zümrüd M” Production-un təsisçisi Zümrüd Güləliqızının təşkilatçılığı ilə Milli Mətbuatımızın 150 illik yubileyi münasibətilə möhtəşəm tədbir keçirildi. Zəngin mətbuat ənənələrinin qeyd olunduğu bu mərasimdə bir sıra media qurumları, tanınmış jurnalistlər, radio və televiziya aparıcıları Milli Mətbuatın 150 illiyi - yubileyi münasibəti ilə “Zümrüd – M” production tərəfindən təsis olunmuş “Zərdabi irsi” mükafatı və diplomu ilə, eyni zamanda mətbuata yaxın digər peşə sahibləri və sponsorlar “Mətbuatın dostu” nominasiyalarında diplomla təltif olunublar.

Mərasimdə ilk olaraq 1 dəqiqəlik sükutla şəhidlərin ruhu anılıb, ardınca isə dövlət Himni səsləndirilib. Tədbirin aparıcıları Şirin Hüseynov və Zeynəb Kəngərli ölkə mediasının keçdiyi şərəfli yolu bir daha xatırladaraq qeyd ediblər. Aparıcıların çıxışından sonra “Araz” rəqs ansamblının möhtəşəm rəqsləri alqışlarla qarşılandı.

Tədbirdə şou aləminin nümayəndələri gecəyə xüsusi rəng qatıblar. Eyni zamanda “Zümrüd M” Production tərəfindən iyul ayında doğum günlərini qeyd edən jurnalist və sənət adamları da “İstanbul” şirniyyat evindən tort və digər xüsusi hədiyyə ilə mükafatlandırılıblar.

Təltif olunan jurnalistlərin sırasında “Oxu Məni.az” saytının əməkdaşı İsa Rəvan da “Zərdabi irsi” nominasiyasında diplomla təltif olunub.

Tədbirdə iştirak edən Əməkdar artist Ruhəngiz Allahverdiyeva, Əməkdar artist Səlim Abbasov, gənc müğənni Canana Leqend, poradist Ramil Abdullayev və digər incəsənət nümayəndələrinin musiqi töhfələri tədbiri daha maraqlı və rəngarəng etdi.

Media nümayəndələri – aparıcı Şirin Hüseynov, Zeynəb Kəngərli, İlham Mirzəyev, İsa Rəvan, Anar Yanarsaat, Şahin Cavadsoy, Ayəndə Dadaşova, “Dünya TV-nin aparıcıları Könül Həbibqızı, Şəlalə Nəriman, Qurban İsmayılov, Əməkdar jurnalist Mətanət Əzimova, aktyor və qiraət ustası Şirzad Pirallahı, AzTV radionun baş aparıcısı Sitarə Həmidova, “Space” TV-nin aparıcı Mirxalid Zülfüqarov,

AzTV-nin operatoru Emil Kərimov, aparıcı Nuranə Əliyeva, AzTV-nin fotoqrafı Rüstəm Fərmanoğlu, “Səhiyyə” TV-nin rəhbəri Famil Məcidli, Az.shafaqna.com xəbər agentliyinin xüsusi müxbiri Orxan Mikayılov, “On 4” Türkiyə televiziya kanalının aparıcısı Peyman Məmmədov, “Ümid” TV-nin rəhbəri İlqam Cəbiyev, “Doğru”.az saytının rəhbəri Rəhman Cəbiyev,

“Region” TV-nin operatoru Ayaz Qəmbərov, “Padkast Baku” youtube kanalının təsisçisi və baş redaktoru Pərvin İsmayılzadə, “Xalq xəbər” informasiya agentliyinin rəhbəri Peyman Sadıqov, fotoqraf Müqabil Hüseynov, “Zəka və ülviyyət” jurnalının baş redaktoru Zaur Elcan, yazıcı-jurnalist Sona Həsənli, jurnalist Samirə Sadıqqızı, nəğməkar şair Dilarə Şahid, balaca futbolçular Bünyamin Nəriman və Fərman İsmayılov “Zərdabi irsi” nominasiyası ilə təltif olundular.

İncəsənət nümayəndələrindən Əməkdar artist Ruhəngiz Allahverdiyeva, Əməkdar artist Səlim Abbasov, gənc müğənni Canana Leqend, Anar Məmmədov, Orxan Mikayılov, rəqqasə Amaliya Ağayeva, parodiyaçı Ramil Abdullayev, Zümrüd Güləliqızı, Kamran Nur, xüsusi qonaqlar Tatarıstan respublikasının Kazan şəhərində fəaliyyət göstərən Azərbaycan diasporasının şöbə müdiri Günay Zamanlı, Azərbaycan Pedaqoji İnstitutunun dosenti Nurlana Kazımova,

sponsor dəstəyinə görə isə “Uğur 777 Estetik Mərkəzi”nin estetik cərrahı Gülbadə Abdullayeva, “Uğur 777 Estetik Mərkəzi”nin mətbuat katibi Fatimə Mahmudova və həmin mərkəzin həkim kosmetoloqu Çinarə Abbasova, Hind klinikasının baş həkimi Rajani Candra D.mello, “Köz üstü” ailəvi restoranın rəhbəri Hikmət Rəhimov, Viziajist Nərmin Ağayeva, “Yağmur Sermoniy” dekor şirkətinin rəhbəri Ruslan Xasıyev, “İstanbul” şirniyyat evinin rəhbəri Polad Əsgərov, “Elena” moda evinin rəhbəri Gülzar Quliyeva, “Le Sekret” parfümeriya evinin rəhbəri Fərid Kərimli, “Gülşən Naxış” moda evinin rəhbəri Gülşən Dadaşova, Zümrüd Hümbətova, Mədinə Əsgərova, “Biznes lady”-nin rəhbəri Atlas Mamayqızı isə mətbuatın dostu mükafatı ilə təltif olunublar.

Əziz Mustafa