Əfsanəvi aktyor və güləşçi Halk Hoqan vəfat edib

Əfsanəvi aktyor və güləşçi Halk Hoqan vəfat edib

25 İyul 08:39
Bəyəndim (2) Bəyənmədim (0)

Əfsanəvi amerikalı güləşçi, aktyor və şoumen Halk Hoqan 71 yaşında vəfat edib. Bu barədə TMZ xəbər verir. Cümə axşamı səhər həkimlər aktyorun Florida ştatının Clearwater şəhərindəki evinə gəliblər.

Xəbər verdiyimiz kimi, zəngə səbəb infarkt olub. Hadisə yerində çoxlu polis maşınları və təcili yardım maşınları olub. Məşhuru xərəkdə aparıblar.

İyun ayında idmançının may ayında keçirdiyi boyun əməliyyatının ağırlaşması səbəbindən ölüm-dirim astanasında olduğu bildirilirdi.

Bir neçə həftə əvvəl həyat yoldaşı Skay ərinin xəstəliyi ilə bağlı şayiələri təkzib edərək, ürəyinin "güclü" olduğunu və əməliyyatdan sonra sağaldığını söylədi.

Aktyorun əsl adı Terri Cin Bolleadır. O, 1953-cü il avqustun 11-də Çorciya ştatının Augusta şəhərində anadan olub. O, filmlərdəki işi və peşəkar güləş dünyasındakı nailiyyətləri ilə bütün dünyada məşhurlaşıb.

İdmandakı şöhrət ona kino sənayesində özünü sübut etmək imkanı qazandırdı. Hulkun məşhur rolları arasında "Qüdrətli Santa Klaus", "Malibu Xilasediciləri", "Cənnətdə Qasırğas, "Cəsur Uoker" filmləri var

Hoqan 2005-ci ildə WWE Şöhrət Zalına daxil edilib.Lakin o, 2015-ci ildə irqçi ifadələrə görə qovulub. O, 2020-ci ildə NWO-nun üzvü kimi ikinci dəfə Şöhrət Zalına daxil edilib.

Halk Hogan üç dəfə evlənib. Birinci həyat yoldaşı Linda ilə onun Bruk və Nik adlı iki övladı var. 2008-2022-ci illərdə aktyor Cennifer MakDaniel ilə münasibətdə olub.

2023-cü ildə Halk yoqa təlimatçısı Skay Deyli ilə evləndi. Skay ərindən 25 yaş kiçik idi.

Əziz Mustafa