
Paşinyan Mişustinə Ermənistanın Aİİ-də fəaliyyətini davam etdirmək niyyətini təsdiqləyib
Rusiya baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın Aİ-yə daxil olması perspektivləri ətrafında yaranmış vəziyyəti belə şərh edib.
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın baş naziri Mixail Mişustinlə bugünkü görüşdə İrəvanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) fəaliyyətini davam etdirməkdə maraqlı olduğunu təsdiqləyib. “TASS” xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.
"Ümumiyyətlə, Ermənistan - bu gün də müzakirə olundu - Avrasiya İqtisadi İttifaqında fəaliyyətini davam etdirmək əzmindədir", - o, Ermənistanın Aİ-yə daxil olması perspektivləri ətrafında yaranmış vəziyyəti şərh edərkən deyib.
Paşinyan və Mişustin Cənubi Qafqazdakı vəziyyətlə bağlı məsələləri də müzakirə ediblər.
Almaz Həsənli