
Dövlət Duması Avstriyanın NATO-ya daxil olmaq planlarına cavab verib
Dövlət Dumasının deputatı Dmitri Novikov Lenta.ru-ya müsahibəsində Avstriyanın NATO-ya daxil olması ilə bağlı bəyanatını tamamilə məntiqsiz adlandırıb, çünki bu ölkənin ən mühüm üstünlüyü həmişə onun neytral statusu olub.
O qeyd edib ki, belə status bu dövlətin təhlükəsizliyinə zəmanət verir. Parlamentarinin sözlərinə görə, belə yanaşma Avstriya büdcəsini böyük hərbi xərclərdən azad edib, vəsaitlərin iqtisadi və sosial inkişafa yönəldilməsinə imkan verib.
Novikovun dediyi kimi, Rusiya, prinsipcə, bu ölkəni nə rəqib, nə də düşmən tərəf hesab edir. Eyni zamanda o, Rusiya Federasiyasının Şimali Atlantika Alyansına düşmən struktur kimi baxdığını vurğulayıb. Deputat hesab edir ki, ona görə də Avstriyanın NATO-ya daxil olması onun Rusiya Federasiyasına qarşı düşmənçilik siyasəti aparan ölkələr sırasında olması demək olardı.
“Avstriyalı siyasətçilərin məntiqi bu halda tamamilə təhrif olunmuş görünür, hər şeyi alt-üst edir, obyektiv reallığa uyğun gəlmir”, - Novikov əlavə edib.
İyulun 27-də Avstriyanın xarici işlər naziri Beate Meinl-Reisinger deyib ki, onun ölkəsi Rusiyaya görə neytrallıqdan əl çəkə və NATO-ya üzv ola bilər. Diplomatın fikrincə, neytral status ölkənin müdafiəsini təmin etməyəcək.
Əziz Mustafa