ABŞ-da göyərtəsində 179 nəfərin olduğu təyyarə yanıb-Video

ABŞ-da göyərtəsində 179 nəfərin olduğu təyyarə yanıb-Video

12:11
Bəyəndim (0) Bəyənmədim (0)

Mayamiyə uçan “Boeing 737 Max” sərnişin təyyarəsi Denver Beynəlxalq Hava Limanında havaya qalxan zaman yanıb. Təyyarədə 179 nəfər olub.

Bu barədəhadisənin təfərrüatlarına aydınlıq gətirən NYP nəşri xəbər verir. İyulun 26-da Denver Beynəlxalq Hava Limanında fövqəladə hadisə baş verib.

Mayamiyə uçan American Express sərnişin təyyarəsi Boeing 737 Max havaya qalxarkən yanğın baş verib. Təyyarənin eniş şassisi qəfil alışaraq göyərtədə çaxnaşmaya səbəb olub.
Pilotlar dərhal təyyarəni uçuş-enmə zolağında saxlayıb və təcili evakuasiya əmri veriblər. İnsanlar fövqəladə slaydlar vasitəsilə kabinədən təxliyə edilib.

Şahidlərin çəkdiyi videoda sərnişinlərin çaxnaşma içində pilləkənləri enməsi, təyyarənin arxa hissəsinin alov və qalın qara tüstünün dalğalandığı görünür.

Hadisə zamanı təyyarədə 173 sərnişin və 6 ekipaj üzvü olub.

Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, beş sərnişin yüngül bədən xəsarətləri alıb və onlara yerindəcə tibbi yardım göstərilib. Daha bir nəfər əlavə müayinə üçün xəstəxanaya yerləşdirilib.

Yanğının başvermə səbəbləri araşdırılır. İlkin məlumata görə, bu, xüsusilə Boeing 737 Max təyyarələrinin təhlükəsizliyinə diqqətin artması fonunda ayrıca təhqiqat predmeti olan eniş qurğusunun texniki nasazlığı ola bilərdi.

Hava limanında baş verən insident nəticəsində 87 reys gecikib.

Əziz MUSTAFA