Rusiyanın Volqoqrad vilayətində strateji obyekt yanır

Rusiyanın Volqoqrad vilayətində strateji obyekt yanır

10:06
Bəyəndim (0) Bəyənmədim (0)

Volqoqrad vilayətində strateji obyektə gecə vaxtı pilotsuz təyyarənin hücumu yanğına səbəb olub. Bu barədə Volqoqradın regional Teleqram kanalları və vilayətin qubernatoru Andrey Boçarov məlumat yayıb.

İyulun 27-nə keçən gecə Rusiyanın Volqoqrad vilayətində güclü olub. Yerli ictimaiyyət pilotsuz təyyarənin hücumu nəticəsində neft anbarının ərazisində yanğının baş verdiyini yazır.

Belə ki, hadisə şahidləri sosial şəbəkələrdə, neft bazasına bənzər obyektin ərazisində baş verən partlayış və alovla bağlı videogörüntülər yerləşdirirlər. Kadrlarda böyük qara tüstü buludları görünür.

Bu arada yerli qubernator Andrey Boçarov administrasiyanın rəsmi Teleqram kanalında hava hücumundan müdafiə qüvvələrinin “planlaşdırıldığı kimi işlədiyini” və guya Volqoqrad vilayətindəki obyektlərə uçan düşmənin bütün pilotsuz təyyarələrini məhv etdiyini bildirib.

"Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə bölmələri plana uyğun işləyir. İtki yoxdur. Pilotsuz təyyarə qalıqlarının düşməsi nəticəsində Oktyabrski rayonunda dəmir yolunun təmas şəbəkəsində elektrik enerjisi təchizatında fasilələr yaranıb", - Boçarov bildirib.

Qurum rəsmisinin sözlərinə görə, hazırda hadisə yerində istismar və təmir xidmətlərinin mütəxəssisləri işləyir. Dəymiş ziyanın mahiyyəti və hadisənin nəticələri dəqiqləşdirilir.

Rusiya mənbələri Rusiyanın Volqoqrad vilayətindəki neft anbarının vurulması faktını təsdiqləməsə də, fotodakı yanğının miqyası hədəfin hərbi ehtiyaclar üçün vacib olan yanacaq və ya logistika mərkəzi olduğunu deməyə əsas verir.

Ukrayna tərəfdən hələ ki, rəsmi reaksiya yoxdur. Bir qayda olaraq, Ukrayna Silahlı Qüvvələri informasiya təhdid siyasətinə sadiq qalaraq, Rusiya ərazisinə hücumları şərh etmir.

Yeri gəlmişkən, Volqoqrad vilayəti cəbhə xəttindən uzaqda yerləşsə də, ilk dəfə deyil ki, hava hücumlarının hədəfinə çevrilir.

Əziz Mustafa