Suriyada Əsədin devrilməsindən sonra ilk seçkilər keçiriləcək

Suriyada Əsədin devrilməsindən sonra ilk seçkilər keçiriləcək

11:01
Bəyəndim (4) Bəyənmədim (0)

Sentyabrın 15-dən 20-dək Suriyada yerli parlament olan Xalq Şurasına (Məclis əl-Şaab) növbədənkənar seçkilər keçiriləcək.

Bu barədə Suriyanın dövlət xəbər agentliyi “Sana” ölkənin iyunda yaradılmış seçki komissiyasının sədri Məhəmməd Taha əl-Əhmədə istinadən məlumat yayıb.

Bir gün əvvəl əl-Əhməd keçid dövründə Suriya prezidenti Əhməd əl-Şaraa seçkilərin keçirilməsi planlarını təqdim edib. Suriya seçki komissiyasının rəhbərinin sözlərinə görə, Əl-Şaraa müvafiq fərmanı imzaladıqdan sonra üç həftə ərzində Suriyada seçki orqanları formalaşacaq, bundan sonra namizədlər müvafiq ərizələrini təqdim edə və debatlar apara biləcəklər.

Plana görə, respublikanın Xalq Şurasına 210 deputat daxil olacaq. Lakin onların yalnız üçdə ikisi vətəndaşların səsləri ilə seçiləcək - yerdə qalan 70 nəfəri ölkə prezidenti təyin edəcək. Keçid dövründə parlament Suriya üçün yeni qanunvericiliyin formalaşdırılması və ölkə üçün daimi konstitusiyanın yaradılmasına köməklik göstərəcək.

Almaz Həsənli