Avstriya NATO-ya üzv olmaq niyyətinə düşüb

Avstriya NATO-ya üzv olmaq niyyətinə düşüb

07:59
Bəyəndim (4) Bəyənmədim (0)

Xarici işlər naziri Beate Meinl-Reisinger neytrallığın artıq Avstriyanın təhlükəsizliyinə zəmanət vermədiyini bildirib və ölkənin NATO-ya mümkün qəbulu ilə bağlı açıq müzakirələrə çağırıb. Bu barədə Die Welt xəbər verir.

Beate Meinl-Reisingerin fikrincə, Rusiya daha aqressivləşib və qlobal təhlükəsizlik vəziyyəti daha az proqnozlaşdırıla bilən hala gəlir.

Müzakirəyə səbəb Diplomatik Akademiyanın direktoru Emil Briksin Avstriyaya Alyansa üzvlük perspektivini nəzərdən keçirməyi təklif edən bəyanatı olub. Nəşrə şərhində Meinl-Reisinger vurğulayıb ki, məsələ barədə daha susmaq olmaz.

"Neytrallıq özlüyündə bizi qorumur. Qlobal təhlükəsizlik vəziyyətinin getdikcə daha qeyri-müəyyən olması və getdikcə aqressivləşən Rusiyanın fonunda Avstriya özünün müdafiə qabiliyyətinə, eləcə də tərəfdaşlıqlara sərmayələr hesabına qorunur", - o deyib.

Hazırda parlamentdə və Avstriya cəmiyyətində əksəriyyət NATO-ya daxil olmaq ideyasını dəstəkləməsə də, Meinl-Reisnger müzakirələrdən qorxmamağa çağırır.

Əziz Mustafa