İngiltərə payızda Fələstini tanıya bilər

İngiltərə payızda Fələstini tanıya bilər

30 İyul 07:56
Bəyəndim (4) Bəyənmədim (0)

Fransadan sonra Böyük Britaniya sentyabrda Fələstini dövlət kimi tanıya bilər. Britaniyanın baş naziri Kir Starmer vurğulayıb ki, İsrail Qəzza zolağında atəşi dayandırmaq üçün addımlar atmasa, hökumət qərarını rəsmiləşdirəcək.

“İsrail hökuməti Qəzza zolağındakı dəhşətli vəziyyətə son qoymaq üçün əhəmiyyətli addımlar atmasa, atəşkəsə nail olmasa, İordan çayının qərb sahilinin ilhaqının olmayacağını açıq şəkildə bildirməsə və iki dövlətli həlli təmin edən uzunmüddətli sülh prosesini öhdəsinə götürməzsə Birləşmiş Krallıq Fələstin dövlətini tanıyacaq ”, - deyə Britaniya hökumətinin mətbuat xidmətinin rəhbəri bildirib.

Baş nazir əlavə edib ki, Böyük Britaniya İsrailin bu şərtləri nə dərəcədə yerinə yetirdiyini sentyabrda BMT Baş Assambleyası qarşısında qiymətləndirəcək.

İyulun 24-də prezident Emmanuel Makron bildirib ki, Fransa sentyabrda Fələstini ölkə kimi tanımağa hazırdır. Bu qərarı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da dəstəkləyib. Cənab Starmer, öz növbəsində, yaxın gələcəkdə Fələstinlə bağlı plan təqdim edəcəyini bildirib.

Əziz Mustafa