
Putin və Lukaşenko görüş barədə razılığa gəlməyi planlaşdırır
Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko ikitərəfli və beynəlxalq siyasət məsələlərini şəxsən müzakirə etmək üçün görüş barədə razılığa gəlməyi planlaşdırırlar. Bu barədə TASS-a Belarus liderinin mətbuat katibi Natalya Eysmont məlumat verib.
"Elə mövzular var ki, onları ümumiyyətlə telefonla müzakirə etməmək daha yaxşıdır. Prezidentlər yaxın gələcəkdə görüş barədə razılığa gələcək və bütün ən vacib və ciddi məsələləri üz-üzə müzakirə edəcəklər", - mətbuat katibi bildirib.
Natalya Eysmont aydınlaşdırıb ki, iki ölkə prezidentlərinin “həmişə müzakirə edəcəkləri bir şey var”. Onun sözlərinə görə, görüşün gündəliyinə iki ölkə arasında münasibətlər, eləcə də dünyada vəziyyətlə bağlı məsələlər daxil olacaq. Mətbuat katibi Aleksandr Lukaşenko ilə Vladimir Putin arasında bir gün əvvəl baş vermiş telefon danışığını da təsdiqləyib. Sonuncu dəfə iki ölkə prezidentləri iyunun sonunda Minskdə Aİİ sammitində görüşüblər.
Əziz Mustafa