Rusiya Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskini axtarışa verib

Rusiya Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskini axtarışa verib

30 İyul 14:24
Bəyəndim (4) Bəyənmədim (0)


Rusiya Daxili İşlər Nazirliyi “Azərbaycan-Ural” Sverdlovsk regional milli-mədəni təşkilatının sədri Şahin Şıxlinskini federal axtarışa verib. “Kommersant-Ural” idarənin axtarışda olanlar siyahısında olan kartına diqqət çəkib.
Kartda qeyd olunur ki, Şıxlinski cinayət maddəsi ilə axtarışdadır - dəqiq maddə göstərilmir.
Şıxlinski son iki ayda iki dəfə saxlanılıb. İyunun 27-də o, Azərbaycan diasporunun digər nümayəndələri ilə birlikdə saxlanılsa da, sonradan sərbəst buraxılıb.


İyulun əvvəlində Şıxlinski oğlu Mutvali Şıxlinski ilə birlikdə Yekaterinburqda saxlanılıb. Dindirildikdən sonra Şahin Şıxlinski sərbəst buraxılıb. Onun oğlu tezliklə dövlət məmuruna qarşı zorakılıq etmək ittihamı ilə həbs olundu.
Nəşrin məlumatına görə, Rusiya təhlükəsizlik qüvvələri Şahin Şıxlinskini etnik qrupun lideri hesab edə bilər.
Almaz Həsənli