Ərdoğan Tokayevi Ankara hava limanında şəxsən qarşılayıb

Ərdoğan Tokayevi Ankara hava limanında şəxsən qarşılayıb

29 İyul 12:42
Bəyəndim (2) Bəyənmədim (0)

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bazar ertəsi, iyulun 28-də Ankaraya rəsmi səfərə gəlib. Bu barədə Oxumeni.az “Anadolu Ajansı”-na istinadən xəbər verir.

“Esenboğa” hava limanında keçirilən qarşılanma mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı müdafiə naziri Yaşar Gülər, prezidentin kommunikasiya şöbəsinin müdiri Burhanəddin Duran, Ankara valisi Vasip Şahin və digər rəsmi şəxslər müşayiət ediblər.

"Qonaqpərvərliyinizə görə Sizə təşəkkür etmək istərdim. Görüş üçün xüsusi olaraq hava limanına gəlməyiniz mənim üçün böyük şərəfdir. Ölkələrimiz arasında heç bir ziddiyyət yoxdur", - deyən Qazaxıstan rəhbəri iki ölkəni təkcə dostluq deyil, həm də səmərəli əməkdaşlıq əlaqələrinin bir-birinə bağladığını qeyd edib.

Danışıqlar prezident iqamətgahında keçiriləcək, burada tərəflər “genişləndirilmiş strateji tərəfdaşlıq”ın inkişafı və onun dərinləşdirilməsi üzrə tədbirləri müzakirə edəcəklər. Həmçinin aktual beynəlxalq və regional problemlərə dair fikir mübadiləsinin aparılması planlaşdırılır.

Prezidentlər Qazaxıstan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasını da keçirəcəklər.

Xatırladaq ki, Qazaxıstan Türkiyə ilə vizasız rejimi genişləndirir. Artıq Türkiyə vətəndaşları Qazaxıstanda 90 günə qədər vizasız qala biləcəklər. Hökumətin qərarında müvafiq dəyişiklikləri Respublika Daxili İşlər Nazirliyi edib.

Oxuməni.az