
Pavel Durov Parisdə yenidən dindirilib
Fransa müstəntiqləri messencer vasitəsilə qeyri-qanuni məzmunlu məlumatların yayılması işində iştirak edən Telegram-ın təsisçisi Pavel Durovu növbəti dəfə dindiriblər.
“Vəziyyətlə tanış olan mənbələrə görə, Telegram-ın cinayət fəaliyyətində əli olması ilə bağlı işi araşdıran müstəntiqlər bazar ertəsi messencerin təsisçisi Pavel Durovu dindirirlər”, – qəzet yazır.
“Le Figaro”nun məlumatına görə, Durov müstəntiqlərin dindirilməsi üçün Parisə dörd vəkilin müşayiəti ilə gəlib. Dindirilmənin başa çatıb-çatmaması ilə bağlı media məlumat verməyib.
Qəzet qeyd edir ki, bu, Durovun 2024-cü ilin avqustundan bəri Fransada cinayət tərkibinin messencer vasitəsilə yayılmasına qarşı durmamaqda ittiham olunduqdan sonra üçüncü dindirilməsidir.
Daha sonra o, ciddi məhkəmə nəzarəti altında və həftədə iki dəfə polis bölməsinə xəbər vermək öhdəliyi ilə 5 milyon avro girov müqabilində həbsdən azad edilib. Ona Fransa ərazisini tərk etmək qadağan edildi.
Əziz Mustafa