“Qarabağ” 12-ci dəfə Azərbaycan çempionu oldu

“Qarabağ” 12-ci dəfə Azərbaycan çempionu oldu

11:19
Bəyəndim (2) Bəyənmədim (0)

Dünən axşam “Qarabağ” futbol üzrə Azərbaycan çempionatının 32-ci turunun ev oyununda “Sabah”la heç-heçə edib.

Görüş 1:1 hesabı ilə başa çatıb. Meydan sahiblərinin qolunu Boyan Letiç, qonaqların qolunu isə penaltini dəqiq yerinə yetirən Redon Cica vurub.

Beləliklə, “Qarabağ” 77 xal toplayıb və finişə 4 tur qalmış vaxtından əvvəl çempion olub, “Zirə” ikinci (64 xal), üçüncü pillədə isə Araz-Naxçıvan (54 xal) qərarlaşıb.

"Qarabağ" üçün bu, 12-ci, Qurban Qurbanovun rəhbərliyi altında isə 11-ci çempionluq tituludur.

Almaz Həsənli