
Tramp “soyqırım” sözünü demədi
ABŞ prezidenti Donald Tramp illik müraciətində 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş hadisələri təsvir etmək üçün “soyqırım” ifadəsini işlətməkdən yenə çəkinərək, onları “ən pis fəlakət” adlandırıb.
“Medz Yeghern” (Böyük qırğın) ABŞ prezidenti Donald Tramp Amerikadakı ermənilərə müraciətində 20-ci əsrin əvvəllərində Osmanlı İmperiyasında baş verən hadisələri belə adlandırıb.
Ağ Evin saytında prezidentin “Ermənilərin Anım Günü münasibətilə” müraciəti yerləşdirilib.
Beləliklə, o, Co Baydenin prezidentliyinin bütün dörd ili (2021-2024) ərzində saxladığı tanınmasından imtina etdi.
Xatırladaq ki, Tramp ilk prezidentlik dövründə də“soyqırım” sözünü işlətməyib.
Almaz Həsənli
Digər xəbərlər