
Özbəkistan Gülnarə Kərimovanın İsveçrədəki 95 milyon dollarlıq aktivlərini qaytarıb
Özbəkistan İsveçrədən respublikanın birinci prezidentinin qızı Gülnarə Kərimovanın 131 milyon dollarlıq ümumi tranşdan 95 milyon dollar məbləğində dondurulmuş aktivlərini alıb. "İnterfaks" xəbər verir ki, bunu iqtisadiyyat və maliyyə nazirinin müavini Otabek Fazilkərimov deyib.
O, həmçinin əlavə edib ki, hazırda Belçikadan vəsaitlərin qaytarılması istiqamətində işlər aparılır.
"Söhbət 108 milyon dollardan gedir. Gələcəkdə bu barədə əlavə məlumat verəcəyik", - Fazilkərimov bildirib.
Kərimova 1989-2016-cı illərdə Özbəkistana rəhbərlik etmiş İslam Kərimovun böyük qızıdır.O, hazırda öz ölkəsində həbsdədir. 2015-ci ildə o, Özbəkistan məhkəməsi tərəfindən hədə-qorxu ilə pul tələb etməkdə və vergidən yayınmaqda təqsirli bilinib və buna görə beş il həbs cəzası alıb. 2017-ci ildə Kərimovaya 2019-cu ilə qədər evdə çəkdiyi həbs cəzasına daha 5 il əlavə edildi. 2020-ci ildə eks-prezidentin qızına hədə-qorxu ilə pul tələb etmə və mənimsəmə işində təqsirli bilinərək daha 13 il 4 ay həbs cəzası əlavə edildi.
2020-ci ildə İsveçrə Özbəkistanla Kərimovanın çirkli pulların yuyulması işində müsadirə edilmiş vəsaitlərin qaytarılmasına dair razılaşmanın şərtlərini razılaşdırıb. Özbəkistan prokurorluğu həmçinin birinci prezidentin qızı tərəfindən aparılmış milli tarixi və bədii sərvətlərin geri qaytarılmasını istəyir.
Almaz Həsənli