Nyu-Cersidə meşə yanğınları səbəbindən 3 min insan təxliyə edilib

Nyu-Cersidə meşə yanğınları səbəbindən 3 min insan təxliyə edilib

14:12
Bəyəndim (2) Bəyənmədim (0)


Nyu Cersi ştatında təxminən 1,3 min hektar ərazini əhatə edən meşə yanğını başlayıb. Yanğın evlər və insanlar üçün təhlükə törətməsi səbəbindən 3000 yerli sakin təxliyə edilib. Bu barədə yerli yanğınsöndürmə xidmətinin nümayəndələri məlumat verib.

Ərazinin yalnız 5%-də yanğının qarşısı alınıb. Yanğının səbəbi hələ müəyyən edilməyib. Milli Meteoroloji Xidmət yanğına quru hava və 40 km/saata çatan güclü külək səbəb olduğunu bildirib. Yanğın həmçinin elektrik kəsilməsinə səbəb olub, təxminən 23 min müştəri işıqsız qalıb.

Hazırda Barneqat bölgəsində yanğın davam edir. Bu barədə The New York Times-ın müstəqil müxbiri Şlomo Şorr məlumat verib. Leisi kəndinin sakinlərinin təhlükəsizliyini təmin etmək üçün müvəqqəti məskunlaşma mərkəzi təşkil edilib. Hələlik əhali arasında itki yoxdur.

Əziz Mustafa, Oxuməni.az