
Roma Papası Fransisk vəfat etdi
“Reuters” Vatikana istinadən xəbər verir ki, Roma Papası Fransisk vəfat edib.
Agentlik yazır: “Papa Fransisk vəfat edib”.
Papa son aylarda ağır xəstə idi. O, fevralın 14-də xəstəxanaya yerləşdirilib.Frensisə əvvəlcə ağciyər infeksiyası, sonra isə erkən mərhələdə ikitərəfli pnevmoniya diaqnozu qoyulub. RKK rəhbəri bir neçə dəfə süni ventilyasiyaya keçirilib. Sonra vəziyyəti yaxşılaşıb və Frensis tibb müəssisəsini tərk edib.
Ona oksigen terapiyası verilib ki, bu da onun səs tellərinə təsir edib və 88 yaşlı papanın danışıq qabiliyyəti zəifləyib. Həkimlər onun nitqini bərpa etmək üçün uzun müddətli reabilitasiya etməyi və iki ay istirahət etməyi tövsiyə ediblər. Papa ilə bağlı bütün tədbirlər ləğv edilib.
O, bu vəzifəni 2013-cü ildə qəbul edib və tarixdə Yeni Dünyadan olan ilk Papa olub - Fransisk Argentinada anadan olub.
Almaz Həsənli