Qordon: İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm - Video

Qordon: İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm - Video

10:11
Bəyəndim (0) Bəyənmədim (0)

Mən sizin diqqətinizi görkəmli şəxsiyyət, Azərbaycan Prezidenti İlham Əliyevin bir müddət öncəki yanaşmasına çəkmək istəyirəm. İlham Əliyev olduqca dəqiq, olduqca sərrast qiymətləndirmə apardı və mən ona xüsusi təşəkkür edirəm ki, bəzi liderlər kimi manevr etmədi, Ukrayna haqda həqiqəti dedi.

Oxuməni.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri məşhur ukraynalı jurnalist Dmitri Qordon deyib.

O, 9 apreldə ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda İlham Əliyevin Ukrayna haqda çıxışını öz səhifəsində paylaşdığını xatırladıb.

“İlham Əliyevin dediyi fikirlər olduqca əhəmiyyətlidir və mən onunla razılaşmaya bilmərəm. İlham Əliyev necə deyibsə, hər şey hazırda o istiqamətdə də gedir”, - o vurğulayıb.

Bunun ardınca aparıcı (Slava Varda) Prezident İlham Əliyevin Ukrayna haqda çıxışını efirdə səsləndirib

“Mən bu sitatın oxunmasından sonra bir daha ukraynalıların adından Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etmək istəyirəm. İlham Əliyev “münaqişə”, “xüsusi əməliyyat” demədi, birbaşa “müharibə” dedi və Ukraynanın ərazi bütövlüyünü dəstəklədi. İlham Əliyev necə deyibsə, elə də olacaq”, - Qordon əlavə edib.

Oxuməni.az