İran prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək

İran prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək

18 Aprel 15:52
Bəyəndim (4) Bəyənmədim (0)


İran tərəfi İran Prezidenti Məsud Pezeşkiyanın Azərbaycana gözlənilən dövlət səfərinin təfərrüatlarını bölüşüb.
Hökumət-Özəl Sektor Dialoq Şurasının iclasında çıxış edən İran İslam Respublikasının Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının sədr müavini Hüseyn Pirmoazzenin sözlərinə görə, Pezeşkian aprelin 28-də Bakıya gələcək.
İran prezidentini özəl sektorun nümayəndələri, Bakı-Tehran parlamentlərarası dostluq qrupunun üzvləri və İslam Respublikasının dörd şimal-qərb əyalətinin valilərindən ibarət 120 nəfərlik nümayəndə heyəti müşayiət edəcək.
Pirmoazzen qeyd edib ki, səfərin məqsədi ikitərəfli iqtisadi əməkdaşlığı genişləndirmək, həmçinin özəl sektor nümayəndələrinin yeni səfərlərini əlaqələndirməkdir.
Eyni zamanda, Ağbənd-Kələlə körpüsünün işə salınması kimi layihəyə də diqqət yetiriləcək: o, Azərbaycan-İran ticarətində mühüm rol oynayacaq.
Qeyd edək ki, bundan əvvəl Pezeşkiyanın Bakıya səfəri zamanı Azərbaycan-İran biznes forumunun keçiriləcəyi bildirilirdi. Bundan əlavə, mühüm sənədlər imzalanacaq.
Oxuməni.az