Ukrayna atəşkəsə qədər ərazi bütövlüyü məsələsini müzakirə etməyəcək

Ukrayna atəşkəsə qədər ərazi bütövlüyü məsələsini müzakirə etməyəcək

18 Aprel 08:49
Bəyəndim (2) Bəyənmədim (0)

Ukrayna tərəfi qeyd-şərtsiz atəşkəsə hazırdır, lakin bu mərhələyə çatana qədər ərazi bütövlüyü məsələsi müzakirə olunmayacaq.

Bu barədə prezident Vladimir Zelenski jurnalistlərlə söhbəti zamanı danışıb.

Ukrayna tərəfi qeyd-şərtsiz atəşkəsə hazırdır, lakin bu mərhələyə çatana qədər ərazi bütövlüyü məsələsi müzakirə olunmayacaq.

"Bu gün biz qeyd-şərtsiz atəşkəsi müzakirə edirik və atəşkəsə qədər əraziləri müzakirə etmirik. Siz mənim münasibətimi və qırmızı xətlərimizin nədən ibarət olduğunu bilirsiniz, biz müvəqqəti olaraq işğal olunmuş ərazilərimizdən heç birini heç vaxt Rusiya kimi tanımayacağıq", - deyə Zelenski vurğulayıb.

O, ABŞ-ın xüsusi elçisi Stiv Vitkoffun strategiyasına da münasibət bildirib və bunu təhlükəli hesab etdiyini bildirib. Zelenskinin fikrincə, Vitkoff şüurlu və ya şüursuz şəkildə rus rəvayətlərini yayır, bu da sülh danışıqlarına kömək etmir.

"Mən onun Ukrayna ərazilərini müzakirə etmək mandatını görmürəm. Onlar bizimdir, onlar təkcə bizə deyil, həm də gələcək ukraynalılara məxsusdur", - Zelenski əlavə edib.

Prezident həmçinin vurğulayıb ki, Ukrayna atəşkəsi dəstəkləməyə hazırdır, lakin hesab edir ki, Rusiya gərginliyi artıraraq daha çox ərazi ələ keçirməyə çalışır.

“Tramp Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etməyə və addımlar atmağa nə qədər hazır olsa, atəşkəsə bir o qədər yaxınlaşacağıq”, - deyə Zelenski yekunlaşdırıb.

Əziz Mustafa , Oxuməni.az