
ABŞ Ukrayna danışıqlarından çıxa bilər
ABŞ Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün danışıqlarda iştirakını dayandıra bilər. Tərəflərdən biri sülhə mane olarsa, bu baş verəcək.
Bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.
Amerika liderindən ABŞ dövlət katibi Marko Rubionun yaxın həftələrdə Kiyev və Moskva arasında razılaşmanın mümkün olacağına dair əlamətlər olmasa, ABŞ-ın Ukrayna üzrə danışıqlar prosesindən çıxacağı ilə bağlı bəyanatına münasibət bildirməsi istənilib.
"Dəqiq vaxt qrafiki yoxdur, amma biz bunu tez etmək istəyirik. Biz həyatlardan danışırıq. İnsanlar ölür", - Tramp cavabında vurğulayıb.
Onun sözlərinə görə, amansız döyüşdə hər həftə 2500 nəfər ölür. Beləliklə, ABŞ bunu dayandırmaq niyyətindədir.
"Əgər nədənsə tərəflərdən biri ciddi maneələr yaratsa, biz sadəcə olaraq: "Siz axmaqsınız, siz dəhşətli insanlarsınız" deyəcəyik və biz hər şeydən əl çəkəcəyik. Amma ümid edirik ki, belə olmayacaq. Marko deyir ki, biz bunun bitməsini istəyirik", - prezident vurğulayıb.
O, həmçinin əlavə edib ki, "kimsə oyun oynamağa davam edərkən" hər gün bir çox insan ölür.
Eyni zamanda Tramp qeyd edib ki, bu problemin həlli üçün “yaxşı şans” var.
Əziz Mustafa, Oxuməni.az