Aprelin 17-də keçirilən Avropa Liqasının 1/4 final oyunlarının nəticələri

Aprelin 17-də keçirilən Avropa Liqasının 1/4 final oyunlarının nəticələri

18 Aprel 10:02
Bəyəndim (2) Bəyənmədim (0)


Aprelin 17-də Avropa Liqası turnirinin 1/4 final mərhələsinin dörd cavab oyunu keçirilib. Oxuməni.az sizi bu görüşlərin nəticələri ilə tanış olmağa dəvət edir.
Aprelin 17-də Avropa Liqasının 1/4 final oyunlarının nəticələri:
"Ayntraxt" - "Tottenhem" - 0:1 (iki oyunun cəmi 0:1);
“Latsio” – “Bodo-Qlimt” – 3:1 (2:3 penalti);
"Mançester Yunayted" - "Lion" - 5:4 (ümumi hesab 7:6);
"Atletik Bilbao" - "Reyncers" - 2:0 (ümumi hesab 2:0).

Avropa Liqasının yarımfinal cütlükləri müəyyənləşib:
"Tottenhem" (İngiltərə) - "Bodo-Qlimt" (Norveç)
"Atletik" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)

Avropa Liqasının ilk yarımfinal oyunları mayın 1-də, cavab görüşləri isə mayın 8-də baş tutacaq.Bu yarışın finalı isə mayın 21-ə təyin edilib.
2025-ci ildə Avropa Liqasının finalı İspaniyanın "Atletik" klubunun ev stadionu San Mamesdə keçiriləcək.
Avropa Liqasının hazırkı qalibi İtaliyanın “Atalanta” komandasıdır. Komanda son yarışın finalında Almaniyanın “Bayer”inə 3:0 hesabı ilə qalib gəlib. Hücumçu Ademola Lukman het-trik edib.
Almaz Həsənli