ABŞ ordusu Yəməndə husilərin yanacaq limanını məhv edib

ABŞ ordusu Yəməndə husilərin yanacaq limanını məhv edib

18 Aprel 12:35
Bəyəndim (5) Bəyənmədim (0)

ABŞ ordusu Yəməndə husilərin nəzarətində olan Ras İsa yanacaq limanına hücum edib. Əməliyyatın məqsədi İranın dəstəklədiyi yaraqlılar üçün yanacaq mənbəyini kəsmək olub.

Bu barədə Mərkəzi Komandanlığı (CENTCOM) xəbər verir.

ABŞ Hərbi Departamenti bildirib ki, husi yaraqlıları “xarici terror təşkilatına maddi dəstək verən ölkələr və şirkətlərdən iqtisadi və hərbi yardım almaqda davam edir”.

"İranın dəstəklədiyi husilər yanacaqdan öz hərbi əməliyyatlarını dəstəkləmək və iqtisadi fayda əldə etmək üçün istifadə edirlər", - Mərkəzi Komandanlıq bildirib.

."Terrorçular Ras İsa limanı vasitəsilə yanacaq daşımağa davam edir. Bu qeyri-qanuni satışlardan əldə edilən gəlirlə Husi terroristləri silahlandırılır və maliyyələşdirilir", - ABŞ ordusunun bəyanatında deyilir.

CENTCOM bildirib ki, aprelin 17-də ABŞ ordusu “İran tərəfindən dəstəklənən husi terrorçuları üçün bu yanacaq mənbəyini məhv edib..

“Bu zərbələrin məqsədi həmvətənlərini istismar etməkdə davam edən və onlara böyük ağrılar yaşadan husilərin iqtisadi güc mənbəyini azaltmaq olub”, - CENTCOM bildirib.

Bundan əlavə, Amerika tərəfi deyib ki, bu zərbə "haqlı olaraq husilərin itaət boyunduruğunu atmaq və sülh içində yaşamaq istəyən Yəmən xalqına zərər vermək məqsədi daşımayıb".

Bu arada Yəmənin husilərin nəzarətində olan səhiyyə nazirliyinin sözçüsü hücum nəticəsində ən azı 17 nəfərin öldüyünü, onlarla liman işçisinin isə yaralandığını bildirib, Reuters xəbər verir.

Onu da əlavə edək ki, ABŞ ordusunun zərbələrindən sonrakı görüntülər artıq internetdə yayılıb; Xüsusilə də videoda Yəmən husilərinin Ras İsa limanında istifadə etdiyi yanacaq infrastrukturunun yanar olduğu görünür.

Əziz Mustafa, Oxuməni.az