
Aprelin 17-də keçirilən Konfrans Liqasının 1/4 final mərhələsinin cavab oyunlarının nəticələri
Konfrans Liqasının 1/4 final mərhələsinin son iki cavab oyunu başa çatıb. Oxuməni.az oxucuları aprelin 17-də keçirilən oyun gününün nəticələri ilə tanış olmağa dəvət edir.
Aprelin 17-də Konfrans Liqasının 1/4 final mərhələsinin cavab oyunlarının nəticələri:
"Yagelloniya" (Polşa) - "Betis" (İspaniya) - 1:1 (ümumi 1:3);
“Fiorentina” (İtaliya) – “Çele” (Sloveniya) – 2:2 (4:3);
"Çelsi" (İngiltərə) - "Legiya" (Polşa) - 1:2 (4:2);
"Rapid" (Avstriya) - "Yurqorden" (İsveç) - 1:4 (2:4).
Beləliklə, Konfrans Liqasının Yarımfinal cütlükləri müəyyənləşdi.
Dörd ən yaxşı komanda yarımfinala yüksəldi və aşağıdakı cütləri formalaşdırdı:
“Betis” (İspaniya) – “Fiorentina” (İtaliya)
“Çelsi” (İngiltərə) – "Yurqorden" (İsveç)
Konfrans Liqasının Yarımfinal cütlüklərinin ilk oyunları 01 may,cavab oyunları isə 08 mayda baş tutacaqdır.
Konfrans Liqasının hazırkı qalibləri ötən mövsüm final oyununda İtaliyadan “Fiorentina”nı məğlub edən Yunanıstan təmsilçisi “Olimpiakos”dur. 2024/25 Konfrans Liqasının finalı mayın 28-də Polşada keçiriləcək.
Almaz Həsənli