Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunlarının nəticələri

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunlarının nəticələri

17 Aprel 09:46
Bəyəndim (3) Bəyənmədim (0)

Çərşənbə günü, aprelin 16-da UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Oxuməni.az qeyd olunan gündə baş tutan görüşlərin nəticələri ilə tanış olmağı təklif edir.

Aprelin 16-da Çempionlar Liqasının oyunlarının nəticələri:

"Real" (Madrid) - "Arsenal" (London) - 1:2 (0:0) (ümumi 1:5)

Qollar: Vinisius, 67. - Saka, 65. Martinelli, 90.

Buraxılan penaltilər: Saka, 13.

"İnter" (Milan) - "Bavariya" (Münhen) - 2:2 (0:0) (ümumi 4:3)

Qollar: Martinez Lautaro 58. Pavar 61. - Keyn 52. Dayer 76.

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunlarının nəticələrinə əsasən yarımfinal cütlükləri müəyyənləşib.

Çempionlar Liqasının yarımfinal mərhələsi:

“Arsenal” (İngiltərə) – “Paris Saint-Germain” (Fransa);

"Barselona" (İspaniya) - "İnter" (İtaliya).

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları 29-30 apreldə,cavab oyunlaı isə 06-07 mayda keçiriləcəkdir.

2023/2024 UEFA Çempionlar Liqasının qalibi finalda "Borussiya Dortmund"u 2:0 hesabı ilə məğlub edən "Real Madrid"dir. Qolları müdafiəçi Daniel Karvaxal və cinah oyunçusu Vinisius vurub. Qeyd edək ki, “qaymaqlılar” Çempionlar Liqasının ən titullu klubudur. İspaniya komandası bu kuboku 15 dəfə qazanıb.

Almaz Həsənli