Putin və Tokayev Rusiya-Amerika dialoqunu müzakirə ediblər

Putin və Tokayev Rusiya-Amerika dialoqunu müzakirə ediblər

18 Aprel 07:59
Bəyəndim (4) Bəyənmədim (0)

Rusiya prezidenti Vladimir Putin və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub. Kremldən bildirilib ki, dövlət başçıları enerji məsələlərini, Qələbə Gününün 80 illiyi ilə bağlı keçiriləcək tədbirləri və Rusiya-Amerika dialoqunu müzakirə ediblər.

“Vladimir Putin də Rusiya-Amerika dialoqunun gedişatı ilə bağlı öz fikrini bilirib”, - Kremlin saytında deyilir.

Rusiya və Qazaxıstan prezidentləri telefon danışığı zamanı qarşıdan gələn Qələbə gününün ildönümünün əhəmiyyətini vurğulayıblar. Kremlin bəyanatında deyilir ki, Kasım-Jomart Tokayev Moskvada keçiriləcək mərasimlərdə "təbii olaraq iştirak edəcək".

Vladimir Putin və Qasım-Jomart Tokayev sonuncu dəfə 2024-cü ilin dekabrında Ali Avrasiya İqtisadi Şurasının iclasında görüşüblər. Cənab Putin Qazaxıstan prezidentini ötən ilin noyabrında Qələbə bayramına dəvət etmişdi.

Əziz Mustafa, Oxuməni.az