Lionel Messi Xosep Qvardiolanın futbola necə zərər vurduğunu açıqlayıb

Lionel Messi Xosep Qvardiolanın futbola necə zərər vurduğunu açıqlayıb

18 Aprel 13:40
Bəyəndim (2) Bəyənmədim (0)

"Barselona"nın keçmiş hücumçusu Lionel Messi bildirib ki, "Barselona"nın keçmiş baş məşqçisi Xosep Qvardiola müəyyən mənada dünya futboluna zərər vurub, çünki bütün klublar “Blauqrananın” (Göy-qırmızılar) oyun tərzini təqlid etməyə çalışıblar.

- Pep Qvardiola başqa dünyadandır. O, başqadır, heç kimin görmədiyini görür. Futbolu dəyişdi. Hamı bizi kopyalamaq istəyirdi. Əslində bu, müəyyən mənada futbola ziyan vurdu, çünki insanlar bizim “Barselona” kimi oynamağa çalışırdılar. Amma biz xüsusi komanda idik. Bu yarımmüdafiə: Xavi, Busquets, İniesta, oyunçularla məşqçi arasında hər şey mükəmməl idi, Messi “Simplemente Futbol”-un YouTube kanalında deyib.

İspan 2008-2012-ci illərdə "Barselona"ya rəhbərlik edib. Bu müddət ərzində o, klubla 14 kubok qazanıb.

Almaz Həsənli