Ukrayna və ABŞ mineral ehtiyatlar üzrə sazişə dair memorandum imzalayıblar

Ukrayna və ABŞ mineral ehtiyatlar üzrə sazişə dair memorandum imzalayıblar

18 Aprel 11:50
Bəyəndim (3) Bəyənmədim (0)

ABŞ və Ukrayna mineral ehtiyatlar üzrə saziş bağlamaq niyyətlərini təsdiqləyən memorandum imzalayıblar. “Interfax.ru” xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Yuliya Sviridenko məlumat verib.

"Bu gün biz ABŞ-la iqtisadi tərəfdaşlığa dair birgə sazişə doğru addım atdıq. Ukrayna və ABŞ komandalarımızın konstruktiv birgə işini və hər iki xalqımız üçün faydalı olacaq sazişi yekunlaşdırmaq və bağlamaq niyyətini təsdiq edən memorandum imzalayıblar", - o sosial şəbəkədə yazıb.

Nazir əlavə edib ki, sazişin mətni üzərində işi başa çatdırmaq, imzalamaq, sonra isə sənədi parlamentlərdə ratifikasiya etmək qalır.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bildirmişdi ki, Vaşinqton və Kiyev nadir torpaq metallarına dair sazişi gələn cümə axşamı, aprelin 24-də imzalayacaqlar.

Almaz Həsənli