
Florida Universitetində atışma baş verib, iki nəfər ölüb
Florida Universitetinin Tallahassee şəhərciyində baş verən atışma nəticəsində azı 2 nəfər ölüb, 6 nəfər yaralanıb, BBC xəbər verir.
Hadisə ilə bağlı Florida dairə şefi Lion Uolt Maknilin verdiyi məlumata görə, atışma şerifin köməkçisi Cessiki Ayknerin oğlu Finiks Aykner tərəfindən törədilib.
Hücum edən şəxs polislə atışmada yaralanıb və xəstəxanadadır. Gənc həbsin tələblərinə tabe olmayıb, daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları ilə əlaqə saxlamaqdan imtina edib.
Həlak olanlar universitet tələbələri deyil, səlahiyyətlilər bildirib. Onlarla bağlı əlavə məlumat verilməyib. Məktəb rəhbərliyi dərsləri və idman tədbirlərini müvəqqəti olaraq dayandırıb.
CNN qeyri-kommersiya təşkilatı Gun Violence Archive-ə istinadən xəbər verir ki, bu, Floridada bu il baş verən altıncı kütləvi atışmadır.
Əziz Mustafa, Oxuməni.az