
Özbəkistan “SpaceX” ilə peyk buraxmağı planlaşdırır
Özbəkistan İlon Maskın “SpaceX” şirkəti ilə birgə peykin orbitə buraxılması imkanlarını nəzərdən keçirir, “Uzbekcosmos” agentliyi xəbər verir.
Özbəkistan nümayəndə heyətinin Los-Ancelesə səfəri zamanı özəl kosmik şirkətlə əməkdaşlıq məsələsi müzakirə olunub. Peykin Kyusyu Texnologiya İnstitutunda təhsil alan özbək tələbələri tərəfindən yığılacağı gözlənilir.
“SpaceX” həmçinin Daşkəndə 2035-ci ilə qədər kosmosun tədqiqi strategiyasını təkmilləşdirməyə kömək etməyə hazırdır.
Kosmik Simpozium forumunda Özbəkistan da iştirak edib. Tədbir zamanı tərəflər digər ölkələrin nümayəndələri ilə kosmik peyklər sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Forumda Fransanın “Novaspace” şirkəti ilə əməkdaşlıq haqqında razılıq əldə olunub. Şirkət 2035-ci ilə qədər Özbəkistanın kosmik strategiyasının hazırlanmasında Özbəkistan Respublikasına kömək edəcək.
Almaz Həsənli