
ABŞ Kiyevə Krımı Rusiya ərazisi kimi tanımağı və NATO-ya üzv olmaqdan imtina etməsini təklif edir
Donald Tramp administrasiyası sülh müqaviləsinin şərtlərini Kiyevə çatdırıb. Razılaşmanın bir hissəsi olaraq ukraynalılardan Krımı Rusiya Federasiyasının bir hissəsi kimi tanımaq və NATO-ya üzv olmaq ideyasından imtina etmək xahiş olunur. Bu barədə “WSJ”-yə Prezident Administrasiyasındakı mənbələr bildiriblər və sənəddə Vladimir Putinin bəyənməyəcəyi məqamların olduğunu vurğulayıblar.
Nəşrin yazdığına görə, Kiyev və Moskva arasında münaqişənin dayandırılması şərtlərinə ukraynalıların müzakirəsinə təqdim edilmiş bir neçə məqam daxildir. Onların arasında Krımın Rusiyanın bir hissəsi kimi tanınması, NATO-ya üzv olmaqdan imtina, Zaporojye Atom Elektrik Stansiyasına nəzarətin amerikalılara verilməsi var.
ABŞ rəsmiləri deyirlər ki, Trampın ideyaları Kremlin müəyyən istəkləri ilə üst-üstə düşmür. Onlar Rusiyanın Ukraynada ilhaq edildiyini iddia etdikləri 4 regionda hüquqlarının olduğunu tanımırlar. Lakin sənəd həm də Rusiya hərbçilərinin bu əraziləri tərk etməsini tələb etmir.
Mənbələr bildiriblər ki, ukraynalılar bu həftənin sonunda Londonda ABŞ, Avropa İttifaqı və Ukrayna nümayəndələrinin toplanacağı görüşdə ABŞ-ın irəli sürdüyü şərtlərə cavab verməlidir.
Almaz Həsənli