
Qum fırtınası Meksikanın şimalında həyatı iflic edib
Meksikanın şimalındakı Çihuahua ştatında qum fırtınası baş verib, yerli hava limanı və mərkəzi avtomobil yolu bağlanıb, ştatın mülki müdafiə mətbuat xidməti Facebook səhifəsində bildirib.
Xəbərdarlıq aprelin 19-da dərc edilib. Fırtına ştatda 10-dan çox bələdiyyənin fəaliyyətini iflic edib.
Meksikanın regional gündəlik "Lazon" nəşri xəbər verir ki, güclü fırtınası səlahiyyətliləri ştatın əsas yollarından biri olan Pan-Amerika magistralını müvəqqəti bağlamağa məcbur edib.
Perunun “La República” qəzetinin məlumatına görə, yol əlaqəsi ilə yanaşı, yerli hava limanı da sıradan çıxıb. Həmin vaxt yaşayış binalarına da ziyan dəyib. Hazırda qu fırtınası sürətlə Meksikanın digər ərazilərinə doğru hərəkət etməkdədir.
Əziz Mustafa, Oxuməni.az
Digər xəbərlər