
Çin nüvə olmayan hidrogen bombasını uğurla sınaqdan keçirib
Çin alimləri nüvə komponentlərindən istifadə etmədən hidrogen bombasını uğurla sınaqdan keçiriblər, “South China Morning Post” qəzeti mart ayında “Journal of Projectiles, Rockets, Missiles and Guidance” jurnalında dərc edilmiş məqaləyə istinadən xəbər verir.
“South China Morning Post” yazır ki, məqaləyə görə, iki kiloqramlıq mexanizm iki saniyədən çox davam edən temperaturu 1000 dərəcədən çox olan alov kürəsi yaradıb ,bu isə ekvivalent trotil kütləsi olan partlayışdan 15 dəfə uzundur.
Partlayıcı qurğu sualtı silahların hazırlanmasında əsas rol oynayan Çin Dövlət Gəmiqayırma Korporasiyasının (CSSC) 705-ci Tədqiqat İnstitutu tərəfindən hazırlanıb.
Bomba maqnezium hidriddən, hidrogenin molekulyar səviyyədə bağlandığı gümüşü tozdan istifadə edilərək hazırlanıb və adi təzyiqli silindrlərdən daha yaxşı təhlükəsiz formada saxlanıla bilir. İnkişaf ilkin olaraq hidrogeni təmiz enerji və istilik yaratmaq üçün yanacaq hüceyrələrində istifadə oluna biləcəyi uzaq ərazilərə çatdırmaq üçün nəzərdə tutulmuşdu.
Almaz Həsənli