
Alimlər təbiətdə olmayan yeni "Olo" rəngini kəşf ediblər
ABŞ-dan olan bir qrup alim insanların indiyədək görmədiyi tamamilə yeni rəng kəşf etdiklərini iddia edir.
"Olօ" adlandırılan rəng, torlu qişada yalnız bir növ konus hüceyrəsini diqqətlə hədəf alaraq, könüllülərin gözlərinə lazer impulslarının vurulduğu cəsarətli bir təcrübə zamanı ortaya çıxıb.
Nəticədə iştirakçılar təbiətdə rast gəlinməyən və xüsusi laboratoriya avadanlığı olmadan görmək mümkün olmayan heyrətamiz mavi-yaşıl rəngin şahidi olublar. Araşdırmanın nəticələri “Science Advances” jurnalında dərc olunub.
O, rəngin həmçinin "real dünyada görə biləcəyiniz hər hansı digər rəngdən daha doymuş olduğunu" söyləyib.
Gözlərdə üç növ konus var, L və M və hər birinin mavi, qırmızı və yaşıl dalğa uzunluqlarına fərqli həssaslığı var.
Lazerlər, güzgülər və optik komponentlərdən ibarət “Oz” adlı cihazdan istifadə edərək komanda yalnız M-konuslarını - yaşıl işığı aşkar edən gözün hüceyrələrini təcrid edə və stimullaşdıra bilib.
Tipik olaraq, üst-üstə düşərək bu konuslar qruplarla işləyirlər və brləliklə rənglər qarışır. Ancaq yalnız M-konuslarını aktivləşdirərək, tədqiqatçılar beynin normal olaraq qəbul etmədiyi bir rəng siqnalını işə salıblar - və nəticədə “Olo” alındı. Əsasən, bu, "beynə təbii görmədə heç vaxt baş verməyəcək bir rəngli siqnal göndərir,"- alimlər bildirib.
İştirakçılar gördüklərini təsdiqləmək üçün rəqəmsal şkalanı yeni rəngə uyğunlaşdırıblar və hamı razılaşıb ki, bu, əvvəllər gördükləri heç nəyə bənzəmir.
Ancaq hər kəs “Olo”-nu yeni rəng adlandırmağa hazır deyil.
Londonun “City St Georges” Universitetinin vizuallaşdırma üzrə mütəxəssisi professor Con Barbur təcrübəni "texnoloji nailiyyət" adlandırıb, lakin “Olo” rənginin tamamilə yeni rəng olub-olmamasının "müzakirəyə açıq olduğunu" söyləyib.
O izah edib ki, konusların qeyri-adi stimullaşdırılması parlaqlıq və rəng qavrayışımızı dəyişə bilər ki, bu da tədqiqatda baş verənləri izah edə bilər.
Almaz Həsənli