Həbib Nurməhəmmədov Azərbaycana səfər edəcək

Həbib Nurməhəmmədov Azərbaycana səfər edəcək

15:31
Bəyəndim (2) Bəyənmədim (0)


Yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov iyunda Azərbaycana gələcək.
Oxuməni.az xəbər verir ki, bu barədə idmançının özü sosial şəbəkədə məlumat verib.
O, dərc etdiyi paylaşımda Azərbaycana qarışıq döyüş növləri üzrə döyüşçü Tagir Ulanbekovla birlikdə gələcəyini qeyd edib. Sonda "yalnız qələbə" yazıb.
Xatırladaq ki, bu il iyunun 21-də UFC tarixdə ilk dəfə Azərbaycanda turnir təşkil edəcək. İdman tədbiri Bakıda, “Crystal Hall”da baş tutacaq.
Qeyd olunur ki, Ulanbekov turnirdə Yaponiya təmsilçisi Kedzi Horiquçi ilə oktaqonda mübarizə aparacaq.
Almaz Həsənli