Aprelin 23-də Ukrayna üzrə sülh danışıqlarının yeni raundu keçiriləcək

Aprelin 23-də Ukrayna üzrə sülh danışıqlarının yeni raundu keçiriləcək

07:49
Bəyəndim (3) Bəyənmədim (0)

Bu çərşənbə, aprelin 23-də Ukrayna, Avropa və ABŞ nümayəndələrinin iştirakı ilə Ukrayna üzrə sülh danışıqlarının yeni raundu keçiriləcək. Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Böyük Britaniyanın baş naziri Key Starmerlə söhbətindən sonra bildirib.

"Artıq çərşənbə günü nümayəndələrimiz Londonda işləyəcək. Ukrayna, Böyük Britaniya, Fransa, ABŞ. Biz real və davamlı sülhün bərqərar olması ilə qeyd-şərtsiz atəşkəsə nail olmaq üçün mümkün olan ən konstruktiv şəkildə hərəkət etməyə davam etməyə hazırıq", - deyə prezident bildirib.

O, həmçinin qeyd edib ki, qeyd-şərtsiz atəşkəs sülhə doğru ilk addım olmalıdır.

"Bu Pasxa göstərdi ki, müharibənin uzanmasına səbəb məhz Rusiyanın hərəkətləridir", - Zelenski vurğulayıb.

Əziz Mustafa, Oxuməni.az