
Hidayət Heydərov Avropa çempionatını buraxacaq
Avropa çempionatında iştirak edəcək cüdo üzrə Azərbaycan yığmasının heyətində dəyişiklik olub.
Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov Monteneqroda keçiriləcək cüdo üzrə Avropa çempionatında iştirak edə bilməyəcək.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Olimpiya çempionu Hidayət Heydərov (73 kq) xəstəliyi ilə əlaqədar həkimlərin qərarı ilə komandadan kənarlaşdırılıb. AVRO-da onu Rəşid Məmmədəliyev əvəzləyəcək.
Qeyd edək ki, cüdo üzrə böyüklər arasında Avropa çempionatı aprelin 23-dən 27-dək Monteneqroda keçiriləcək. Azərbaycanı mötəbər turnirdə 15 cüdoçu (9 kişi və 6 qadın) təmsil edəcək.
Almaz Həsənli
Digər xəbərlər