
Papa Fransiskin dəfn mərasimi aprelin 26-da keçiriləcək
Papa Fransiskin dəfn mərasimi şənbə günü, aprelin 26-da keçiriləcək. Mərasim yerli vaxtla saat 10:00-da başlayacaq. Bundan əvvəl, çərşənbə günü, aprelin 23-ü yerli vaxtla səhər saat 9-dan etibarən yas tutanların ehtiramlarını bildirmələri üçün Papa Fransiskin cənazəsi Müqəddəs Pyotr Bazilikasında nümayiş etdiriləcək.
Oxuməni.az xəbər verir ki, bu barədə “BBC”nin rus xidməti məlumat yayıb.
Papa Fransisk vəsiyyətində onun dəfninin həmişəkindən daha az təntənəli və adi bir xristianın dəfn mərasiminə daha çox bənzəməsini əmr edib. Belə ki, onun cənazəsi Müqəddəs Pyotr kilsəsində tabutun xaricində cənazə katafalkında deyil, qapağı açılmış tabutda nümayiş etdiriləcək.
Papa Fransisk tabutun təntənəli şəkildə möhürlənməsindən və pontifikliyi dövründə zərb edilmiş sikkələrin qoyulması ənənəsindən və tabutda əməllərinin qısa təsvirindən imtina edib. O, sinklə örtülmüş sadə bir taxta tabutu seçib və Müqəddəs Pyotr Bazilikasında deyil, Romadakı Santa- Maria -Macore Bazilikasında dəfn edilməsini istəyib.
Artıq bir çox dünya liderləri Papa Fransisklə vidalaşmaq üçün Vatikana gəlmək niyyətlərini bəyan ediblər. Onların arasında ABŞ prezidenti Donald Tramp, Fransa prezidenti Emmanuel Makron, Braziliya prezidenti Lula da Silva və Papa Fransiskin vətəni olan Argentina prezidenti Xavyer Miley də var.
Almaz Həsənli