
Britaniya avropalı müttəfiqlərinə silah satmağa imkan verəcək ticarət sazişi bağlamağa hazırlaşır
Böyük Britaniyanın baş naziri Kir Starmer Aİ ilə Britaniya şirkətlərinə milyardlarla funt-sterlinq dəyərində avropalı müttəfiqlərə silah satmağa imkan verəcək iri ticarət sazişi bağlamağa yaxındır, The Times yazır.
Nəşrin məlumatına görə, müqavilə bağlanarsa, Britaniya firmaları 150 milyard avro dəyərində Aİ-nin yeni müdafiə fondu üçün tenderdə iştirak edə biləcəklər.
Qəzet Britaniyanın baş nazirinin Brüssellə ticarət maneələrini yumşaltmağa çalışdığını vurğulayır.
Nəşr yazır ki, bu məqsədlə o, mayın 19-da Londonda Aİ-Böyük Britaniya sammiti keçirəcək.
Əziz Mustafa, Oxuməni.az
Digər xəbərlər